“Bilik günü” ilə bağlı intellektual oyun keçirildi
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə “Bilik günü” ilə bağlı məktəbli və yeniyetmələr arasında intellektual oyun keçirilmişdir.
Yarışda iştirak edən 16 komandadan yekun göstəricilərə görə oyunun qalibi 20 xalla “Bərdə İOK” komandası, 2-ci yerin sahibi 14 xalla “Sirius” komandası, 3-cü yerin sahibi isə 13 xalla “SS Milçəyi ” komandası olmuşdur.