“BAKU CUP 2022” mini su polosu üzrə turnir keçirilib

    Su İdman Sarayında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Üzgüçülük Federasiyası və “Qarabağ Vater Polo” klubunun birgə təşkilatşılığı ilə “BAKU CUP 2022” mini su polosu üzrə turnir keçirilib.
   Yarışın açılış mərasimini “Qarabağ Vater Polo” klubunun direktoru-yığma komandanın məşqçisi Ümid Məmmədov açıq elan etdikdən sonra, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Turnir açıq elan edildikən sonra dövlət himni səsləndirilib, Vətən  uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Dairəvi sistem üzrə keçirilən  yarışda 6 komanda  mübarizə aparıb. Yekun nəticələrə görə I yeri “145 qrup” komandası, II yeri “Qarabağ Akvatik” komandası, III yeri “Partnyor qrup” komandası tutmuşdur.

Turnirin sonunda idmançılar kubok, medal və diplomlarla təltif olunublar.