Kross qaçışı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 122 nəfər idmançı (onlardan 43-ü qadın) mübarizə aparmışdir. Nəticələrə görə qızlar arasında  1 km məsafədə Medisa  Tasbihi (SİS), 2 km məsafədə  Tutuxanım İsrafilova (Rekord İK), 4 km məsafədə   Aydan Alışova  (Rekord İK), qadınlar arasında 6 km məsafədə  Anna Yusupova (Sərhədçi İOM), oğlanlar arasında 2 km məsafədə  Nicat Novruzlu (Rekord İK), 3 km məsafədə Səid  Səfərli (Spartak İC),  6 km məsafədə  İlqar Hacıyev (Rekord İK), kişilər arasında 10 km məsafədə  Elman Abışov (Rekord İK), komanda hesabında isə  “Rekord” İdman Klubu  I yerə layıq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilmişdir.