“27 sentyabr – Anım Günü”nə həsr olunmuş stolüstü tennis turniri keçirilmişdir

      Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “27 sentyabr – Anım Günü”nə həsr olunmuş stolüstü tennis turniri keçirilmişdir.
      Stolüstü tennis turnirinin nəticəsinə əsasən 1-ci yeri 276 №-li tam orta məktəbin komandası, 2-ci yeri 144 №-li tam orta məktəbin komandası, 3-cü yeri 83 №-li məktəb-liseyin komandası tutmuşdur.
      Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun baş məsləhətçisi Cəlil Əlizadə və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak etmişdir.