Pentensiar Xidmətin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində “İdman Həyatdır” adlı badminton turniri keçirilib

      Bu gün 2 və 17 saylı cəzaçəkmə müəssisələrində açıq havada airbadminton turniri keçirilib. Turnirdə I, II və III yerin qaliblərinə diplomlar, cəzaçəkmə müəssisələrində məhkumların mütəmadi olaraq badminton idman növü ilə məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr təqdim edilib. Turnir  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin,  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunub.
   Bu cür tədbirlərin keçirilməsində məqsəd cəzaçəkmə müəssisələrində məhkumların və tabe hərbi qurumlarda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, əxlaqi və fiziki vəziyyətlərinin qorunub saxlanılması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkil edilməsi, habelə məhkumların badminton vasitəsilə cəmiyyətə inteqrasiyası, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin bərpa olunması, sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.