Sərbəst güləş üzrə Bakı şəhər açıq turnirinin qalibləri müəyyənləşib

      Sentyabrın 24-25 – də  Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş 2008-2009-cu təvəllüdlü yeniyetmələr arasında  sərbəst güləş üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.
       Turnirin birinci və ikinci günündə sərbəst güləş üzrə 150-dən çox idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Yekun nəticələrə görə, Müstəcəb Məmmədov (38 kq), Aslan Əmirov (41 kq), Rahib Quliyev (44 kq), Polad Əbilov (48 kq), Nurlan Məmmədov (52 kq), Röyal Mehtiyev (57 kq), Əli Hacıyev (62 kq), Sabir  Manaflı  (68 kq), Cəlal Hüseynov  (75 kq) birinci yeri tutublar.
      Qalib idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallar təqdim olunub.