Anım gününə həsr edilmiş intellektual yarış keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “Xəzər İntellektual Gənclər Klubu”nun birgə təşkilatçılığı ilə “27 Sentyabr-Anım günü” münasibətilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib.

İntellektual yarışda 20-ə yaxın komanda iştirak edib. Bilik yarışı Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə birdəqiqəlik sükutla başlayıb. Oyunda müzəffər Azərbaycan ordusunun Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlar, qəhrəman döyüşçülərimiz, dövlətçilik quruculuğumuz haqqında 36 sual verilib.

Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, “JM” komandası qalib olub. “Santa Klara” komandası ikinci, “Diplomat” komandası üçüncü yerə layiq görülüb.

Yarışın qalibləri BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.