İdman sahəsində hansı yeniliklər var? – QURUM RƏSMİSİ AÇIQLADI

“Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Milli Olimpiya Komitəsinin federasiya, klub və cəmiyyətlərinin müştərək əməkdaşlığı nəticəsində kütləviliyin təmin olunması ilə bağlı güclü və ardıcıl iş aparılır”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, Milli Olimpiya Komitəsinin rəhbərliyinin xüsusi tapşırığı əsasında bütün federasiyalar çalışır ki, ayrı-ayrı yaş qruplarında əvəzedici heyətlər formalaşsın: “Azərbaycanın müxtəlif bölgələrində bu və ya digər olimpiya, qeyri-olimpiya, paralimpiya idman növlərində inkişaf prosesi aparılır. Bununla əlaqədar maddi-texniki bazanın gücləndirilməsi, mövcud olan idman bazalarının vəziyyətinin yaxşılaşdırılması prosesi davamlı şəkildə həyata keçirilir. Azərbaycan futbolunun son günlərdə sərgilədiyi performans, milli yığmanın göstəriciləri, ayrı-ayrı yaş qruplarındakı nəticələr bizə onu deməyə əsas verir ki, Azərbaycanda bu sahədə ilk göstəricilər bizi qane etməyə başlayıb. Gələcəkdə bu prosesin davamlı şəkildə həyata keçiriləcəyi planlaşdırılır.

Qeyd edim ki, ölkə başçısı tərəfindən 2022-ci il Şuşa ili elan olunmuşdur və bununla bağlı Suqovuşanda kanoe və kayak idman növü üzrə yeniyetmə və gənclər arasında idman yarışının keçirilməsi, digər bir tərəfdən Şuşada veloyürüşün keçirilməsi, şahmat üzrə turnirin keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan Qarabağda da idmanın inkişafı prosesinə başlamışdır. Bununla yanaşı şimal, cənub, qərb, mərkəzi aran bölgələrində də idmanın ayrı-ayrı sahələri üzrə respublika çempionatlarının keçirilir. Bu da regionlarda idmanın inkişafına təkan verən addımlardandır. İlin sonuna qədər ölkəmiz iki idman növünə həm yunan-roma güləşi, həm cüdo idman növünə evsahibliyi edəcək.

Növbəti ilin tədbirlər planının hazırlanması məhz olimpiya oyunlarına hazırlıq məqsədi daşıyır. 2024-cü ildə növbəti Yay Olimpiya Oyunları Paris şəhərində keçiriləcək. İdmançılarımızın da burada iştirak etməsi üçün hazırlıq məşqləri aparılır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq Gənclər və İdman Nazirliyinin tapşırıqları əsasında da biz Milli Olimpiya Komitəsinin 30 illiyi çərçivəsində müvafiq tədbirləri həyata keçiririk. Növbəti il də olimpiya oyunlarına hazırlıq məqsədi ilə ehtiyyat qüvvəsinin formalaşmasına dair tədbirlər həyata keçirilir. Bütün bu işlərlə yanaşı hakimlər, məşqçilərlə bağlı ixtisas artırma tədbirləri davam edəcək.

Dopinq və anti-dopinqlə mübarizə ilə bağlı tədbirlər davam etdirir. Xüsusi olaraq onu da vurğulamaq istərdim ki, gimnastika idman növündə idman gimnastikası, bədii, aerobika və akrobatik gimnasitikası üzrə ev sahibliyi etdiyimiz beynəlxalq turnirdə yüksək nəticələr əldə etmişik. Bu da o deməkdir ki, ənənəvi idman növləri ilə yanaşı digər idman növlərindəki göstəricilərimizin dinamikası artan xətt üzrə yüksəlir. Düşünürəm ki, əvvəlki illərə nisbətən bu ilki göstəricilərimizdə yüksək nəticələr ədə etmişik və gələcək zamanda bu daha da