Əcnəbi tələbələrin Şuşaya səfəri təşkil olunacaq

1 oktyabr 2022-ci il tarixdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Qeyri-Hökümət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilmiş “Şuşa ili” xüsusi qrant müsabiqəsinin qalibi olan “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin ( İSAY İB) təşəbbüsü ilə “Biz Şuşanın səfiriyik” adlı layihəsi həyata keçiriləcəkdir.
Layihəyə Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən də təşkilati dəstək verilmişdir.
Layihə çərçivəsində ölkəmizdə 18 ali təhsil müəssisəsindən 44 nəfər müxtəlif ölkələrdən olan əcnəbi tələbələrin Şuşa şəhərinə səfəri nəzərdə tutulub. İştirakçıların Şuşa şəhərində tarixi mədəni abidələrini və digər görməli yerləri ilə tanışlıq nəzərdə tutulub. Həmçinin ABŞ, Anqola, Birləşmiş Krallıq, Cənubi Koreya Respublikası, Çin, Efiopiya, Əfqanıstan, Əlcəzair, Fələstin, Filippin, Türkmənistan, Hindistan, İran, İraq, Kamerun, Latviya, Malavi, Mərakeş, Mərkəzi Afrika Respublikası, Nigeriya, Özbəkistan, Pakistan, Qana, Qazaxıstan, Qırğızıstan Respublikası, Rusiya, Sierra Leona, Slovakiya, Sudan, Tacikistan, Tanzaniya, Türkiyə, Türkmənistan, Yəmən, Zambiya və Perudan olan bu tələbələr “Biz Şuşanın Səfiriyik” adlı qısametrajlı filmin çəkilişində iştirak edəcəklər. Film ingilis dilində internet üzərindən nümayiş etdiriləcək. Nəticədə layihə iştirakçıları Şuşa haqqında olan təssüratlarını bölüşməklə, həm vətənlərində, həm də öz çevrələrində Qarabağ həqiqətləri barədə ətraflı məlumat vermiş olacaq.