Beynəlxalq Ahıllar Gününə həsr olunan tədbir keçirilib
1 oktyabr- Beynəlxalq Ahıllar Günü” münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bilgəh Müharibə və Əmək Əlilləri Mərkəzində tədbir keçirilib. Tədbirdə Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov çıxış edərək ölkəmizdə yaşlı vətəndaşların, tənha və kimsəsizlərin daim diqqət və qayğı ilə əhəta olunduqlarını, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişlər.
Qeyd edək ki, 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ahıllara diqqət və qayğı göstərmək, onları “Ahıllar günü” münasibətilə təbrik edərək əhval-ruhiyyələrini yüksəltmək və onlara olan sevgini bir daha nümayiş etdirmək idi.