Stolüstü tennis növü üzrə yariş keçirilir.

  5 dekabr  2012-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən 258 №-li tam orta məktəbdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXV spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə yarışın A qrupuna daxil olan Xətai, Sabunçu, Ysamal, Səbail və Nizami rayonlarının komandaları arasında yarış keçirilmişdir. A qrupu üzrə oyunların nəticələrinə görə Sabunçu rayonu 169 №-li tam orta məktəbin komandası I yeri, Yasamal rayonu “Gənc İstedadlar” liseyinin komandası II yeri, Nizami rayonu 229 №-li tam orta məktəbin komandası III yeri, Xətai rayonu 269 №-li tam orta məktəbin komandası IV yeri, Səbail rayonu 236 №-li tam orta məktəbin komandası V yeri tutmuşlar. B qrupu üzrə və müvafiq yerlər uğrunda oyunlar 10-11 dekabr tarixlərində keçiriləcəkdir.

  XXV spartakiadanın dama və şahmat növləri üzrə yarışlarından sonra Səbail rayonu 3 xalla I yeri, Sabunçu və Qaradağ rayonları 6 xalla II-III yerləri tuturlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir