Məktəbli qızlar arasında voleybol üzrə turnir keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə məktəbli qızlar arasında Xətai rayonundakı 138 nömrəli tam orta məktəbdə voleybol üzrə turnir keçirilib. Turnirdə 96 məktəblı iştirak edib.

On  komandanın iştirak etdiyi turnirdə birinci yeri 138 nömrəli tam orta məktəb, ikinci yeri 269 nömrəli tam orta məktəb, üçüncü yeri isə 264 nömrəli tam orta məktəbın komandası tutub.

Qalib komandalara Baş İdarə tərəfindən diplom və medallar təqdim edilib.