Stolüstü tennis üzrə Bakı kuboku başa çatıb

      Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə stolüstü tennis üzrə Bakı kubokuna yekun vurulub. Şüa İdman Sağlamlıq Mərkəzinin idman zalında keçirilən turnirdə 40 idmançı iştirak edib.
      Kişilər arasında keçirilən şəxsi yarışlarda Rüstəm Hacılı (13 №li İOEUGİM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vaqif Fatehi (Sərhədçi İOM) ikinci, Xəyal Həşimli 13 №li İOEUGİM) üçüncü yeri tutub. Qadınların şəxsi yarışında isə Ləman Abdulhəmidova (Təhsil RİM) və Rüfət Əliyeva (13 №li İOEUGİM), müvafiq olaraq, birinci və ikinci yerləri tutublar, Xədicə Əsilzadə (13 №li İOEUGİM) isə üçüncü yerlə kifayətlənib.
     Qoşa yarışlarda da qaliblər müəyyənləşib. Kişilər arasında keçirilən yarışda Xəyal Həşimli – Rüstəm Əliyev cütlüyü turnirin qalibi olub. Rüfət Hacılı – Seymur Bağıyev və Emin Məmmədov – Kənan Pənahov cütlükləri isə iknci və üçüncü yerləri tutublar. Qadınların qoşa yarışlarında Xədicə Əsilzadə – Şəbnəm Mansurova cütlüyü bütün rəqiblərindən üstün olub. Səbinə Məmmədova – Jalə Quliyeva ikinci, Ülkər Quliyeva – Fatimə Şirəliyevadan ibarət cütlük isə yarışları üçüncü pillədə başa vurublar.
     Qoşa qarışıq yarışlarda Rüstəm Əliyev – Xədicə Əsilzadə cütlüyü turnirin qalibi adını qazanıb. Nihat Səmədzadə – Zemfira Mikayılova cütlüyü ikinci, Fəxri Abdullayev – Ləman Abdulhəmidova cütlüyü isə üçüncü yerlə kifayətləniblər.
     Qaliblərə Baş İdarə tərəfindən medal və müvafiq dərəcəli diplomlar təqdim olunub.