“Mingəçevir reqatası” beynəlxalq turniri keçiriləcək

Avarçəkmə ikinci dəfə tarixi torpağımız Qarabağda! Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən Mingəçevir Reqatasının birinci günü Suqovuşanda baş tutacaq. 15-dək ölkə – Azərbaycan, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları bir arada. Sürət, tarazlıq və güc mübarizəsində idmançılar oktyabrın 21-i Suqovuşanda, 22-si və 23-cü isə Mingəçevirdə Kür çayında kürək çəkəcək.