Vale tudo idman növü üzrə Bakı kuboku keçirilmişdir

     Balaxanı İdman Mərkəzində vale tudo idman növü üzrə Bakı kubokunun yarışları başa çatmışdır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 230 idmançı iştirak edib..
      Bakı kubokunda idmançılar uşaqlar (8-9 yaş), yeniyetmələr (10-11, 12-13 yaş), gənclər (14-15, 16-17 yaş) və böyüklər (18 yaşdan yuxarı) kateqoriyalarında qüvvələrini sınayıblar.
        Qaliblərə kubok, diplom və medallar təqdim olunmuşdur.