Bu həftə ərzində  bir  sıra idman yarışları keçiriləcəkdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı   ilə  həftə ərzində  bir  sıra idman yarışları keçiriləcəkdir.

  • 15 – 16 oktyabr– Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə kadetlər, yeniyetmələr və gənclər arasında Bakı şəhər birinciliyi
  • 15 – 16 oktyabr  – Kyokuşinkaykan karate üzrə yeniyetmə və gənclər arasında Bakı şəhər birinciliyi
  • 15 – 16 oktyabr Sambo üzrə 2002-2003-cü il təvəllüdlü idmançılar arasında Bakı şəhər açıq birinciliyi
  • 15 oktyabr –  3×3 basketbol üzrə 2010-2011-ci təvəllüdlü oğlanlar və qızlar arasında Bakı şəhər birinciliyi
  • 16 oktyabr – Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Bakı və Sumqayıt şəhərlərinin komandaları arasında üzgüçülük turniri

Kikboksinq və kyokuşinkaykan karate üzrə yarışlar  Hövsan Olimpiya İdman Kompleksində, sambo üzrə yarış Güvən İdman Klubunda, basketbol yarışı  Azərbaycan Texniki Universitetinin idman zalında, üzgüçülük turniri isə Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.