Sərbəst döyüş növləri üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 7-9 dekabr 2012-ci il tarixdə “Aura” İdman Kompleksində sərbəst döyüş növləri üzrə açıq Bakı kuboku keçirilmişdir.

  Yarışda Dağıstan – Dərbənd, İran – Təbriz idmançıları ilə yanaşı, Qazax, Lənkəran və paytaxt klubları, o cümlədən “Zabrat” İK, “Ciu-kun-do” İK, “Pəncşir” İK, “Meqa Sport” İK, “Vəhdət” İK, “Maştağa” İK, “Qarabağ” İK, “Street Fighter” İK, “Toğrul” İK, “Qalxan” İK komandalarını təmsil edən 209 nəfər idmançı iştirak etmişdir. Hakimlər heyətinin rəylərinə əsasən  Soltanov Famil, Həmidzadə Ağakərim, Məmmədli Emil, Vəlibəyli Ceyhun, Qasımov Miryunis, Sultan Maqomedaliyev (Dərbənd), Rasul Mirzayev (Dərbənd), Əhməd Sədi Mehdi (Təbriz) turnirin ən yaxşı döyüşçüləri adına layiq görülmüşlər.

   Qalib gəlmiş idmançılar Baş İdarənin diplom və xatirə hədiyyələri təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir