3×3 basketbol üzrə Bakı birinciliyinə yekun vurulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ilə Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə 2010-2011-ci təvəllüdlü oğlanlar və qızlar arasında  3×3 basketbol üzrə Bakı şəhər birinciliyi keçirilib.

Azərbaycan Texniki Universitetinin idman zalında gərgin idman mübarizəsi şəraitində davam edən birincilikdə oğlanlar və qızlar arasında müvafiq olaraq Qaradağ -1 və Edukon komandaları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallar təqdim edilmişdir.