ASAN könüllüləri arasında şahmat turniri keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evində ASAN könüllüləri arasında Zəngilan rayonunun işğaldan azad olunmasına həsr olunmuş şahmat turniri keçirilib.
Turnirin nəticələrinə görə 7 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri I, 6 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri II, 2 saylı “ASAN xidmət” mərkəzinin könülllüləri isə III yerə layiq görülüb.
Qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.