Xaçmazda kros qaçışı üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
Xaçmazda kross qaçışı üzrə Azərbaycan çempionatı başa çatmışdır. Çempionatda Baş İdarə tərəfindən ezam olunmuş Bakı yığma komandası ilə yanaşı Bərdə, İsmayıllı, Rekord, Təhsil-1, Təhsil-5, Gəncə, Naxçıvan, Xızı, Laçın, Sumqayıt, Xaçmaz, Qusar, Siyəzən, Zərdab, Quba, Astaranı təmsil edən 8 kateqoriya üzrə 207 idmançı mübarizə aparmışdır.
Ümumi komanda hesabına görə ölkə çempionu adına 51 xal toplamış Bakı komandası layiq görülmüşdür. 613 xalla Gəncə komandası 2-ci, 757 xalla Xaçmaz komandası isə 3-cü olmuşdur.
Qızlar və qadınlar arasında arasında 1 km məsafədə İlahə Quliyeva (Bakı), 2 km məsafədə Tutuxanım İsrafilova (Bakı), 4 km məsafədə Aysu Abbasova (Naxçıvan), 6 km məsafədə Anna Yusupova (Bakı), oğlanlar və kişilər arasında isə 2 km məsafədə Ümid İbrahimov (Gəncə), 3 km məsafədə Valeriy Qrubsk (İsmayıllı), 6 km məsafədə İsgəndər Əsgərov (Gəncə), 10 km məsafədə Elman Abışov (Bakı) qızıl medal qazanıblar.
Qaliblər medal və diplomlarla mükafatlandırılıblar.