Stolüstü tennis üzrə Bakı kuboku yarışına yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Şüa İdman Sağlamlıq Mərkəzinin idman zalında 2004 və ondan kiçik təvəllüdlü oğlanlar və qızlar arasında stolüstü tennis üzrə paytaxt kuboku yarışına yekun vurulub.
Turnirdə 40 idmançı iştirak edib.
Oğlanlar arasında keçirilən fərdi yarışlarda Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amin Oruczadə ikinci, Toğrul Məhəmmədin üçüncü yeri tutublar.
Qızların fərdi yarışında isə Ləman Abdulhəmidova və Xədicə Əsilzadə müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. Zemfira Mikayılova isə üçüncü yerlə kifayətlənib.
Oğlanların qoşa yarışlarında Adil Əhmədzadə və Amn Oruczadə turnirin qalibi olublar. Rüstəm Hacılı- Nihad Səmədzadə dueti yarışı ikinci, Ziya Mürşüdlü – Səid Sülemanzadə cütlüyü isə ilk üçlüyü tamamlayıblar.
Qızların qoşa yarışlarında Zemfira Mikayılova və Ləman Adulhəmidova bütün rəqiblərindən üstün olublar. Səbiə Məmmədova – Jalə Quliyeva ikinci, Şəbnəm Mansurova – Aynur Ağayeva ibarət cütlük isə yarışları üçüncü pillədə başa vurublar.
Qoşa qarışıq yarışlarda Seymur Bağıyev – Ülər Qulyeva cütlüyü qızıl medal qazanıb.
Qaliblərə Baş İdarə tərəfindən medal və müvafiq dərəcəli diplomlar təqdim olunub.