CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ BREYN-RİNQ İNTELLEKTUAL OYUNU KEÇİRİLDİ
13 sentyabr 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslar arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Tədbirdə Penitensiar xidmətin nümayəndəsi, 8 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi və Baş İdarənin nümayəndələri iştirak etmişdir. Gənclərlə iş sektorunun aparıcı-məsləhətçisi Samir Kazımov çıxış edərək oyunun qaydaları və mahiyyəti haqqında məlumat vermiş və iştirakçılara uğurlar arzulamışdır.
İntellektual oyunda 6 komanda iştirak etmişdir. Komandalara Azərbaycan Respublikasının tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri haqqında verilən suallar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Yarışda I yerə “Şahin” komandası, II yerə “Ümid” komandası və III yerə isə “Zirvə” komandası layiq görülmüşlər.
Oyunda I, II və III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və qiymətli hədiyyələr verildi.