Bu həftə ərzində bir sıra idman yarışları keçiriləcəkdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı   ilə  həftə ərzində  bir  sıra idman yarışları keçiriləcəkdir.

  • 26 oktyabr – Xətai rayon məktəbliləri arasında stritbol üzrə turnir
  • 27 oktyabr – “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş 2007-2009-ci il təvəllüdlü oğlanlar arasında voleybol üzrə turnir
  • 29 oktyabr – 13 noyabr – 2006-2007, 2008-2009, 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında basketbol üzrə Bakı şəhər birinciliyi
  • 29 oktyabr  – 2004-2007, 2008 və ondan kiçek təvəllüdlü idmançılar arasında kamandan oxatma üzrə Bakı şəhər birinciliyi

Kamandan oxatma yarışı  Hövsan Olimpiya İdman Kompleksində, stritbol  üzrə turnir 269 saylı tam orta məktəbin idma zalında, voleybol üzrə turnir 90 saylı tam orta məktəbin idman zalında, basketbol yarışı isə  Azərbaycan Texniki Universitetinin idman zalında, baş tutacaq.