“Ənənəvi Oxçuluq Məktəbi” layihəsinin təşkilatçıları T.C. Bakü Büyükelçisini ziyarət etdi
“Ənənəvi Oxçuluq Məktəbi” layihəsinin təşkilatçıları Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit Bağcını ziyarət edib. Ziyarət əsnasında təşkilat komitəsi tərəfindən cənab səfirə layihənin məqsədi və fəaliyyət istiqaməti barədə ətraflı məlumat verilib.
Cənab səfir Doç. Dr. Cahit Bağcı bəy isə öz növbəsində layihə təşkilatçılarına təşəkkürünü bildirib, Ənənəvi Oxçuluq Məktəbinin tarixi türk idman növlərinin gənc nəsil tərfindən öyrənilməsi istiqamətində əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, “Ənənəvi Oxçuluq Məktəbi” 24-29 oktyabr tarixləri ərzində Bakı şəhərində yerləşən müxtəlif orta ümumtəhsil məktəblərində davam edəcəkdir.
Görüşün sonunda layihə təşkilatçıları tərfindən cənab səfirə xatirə hədiyyəsi təqdim edilib və xatirə fotosu çəkilib.