“Zəfər Günü”nə həsr olunmuş 3×3 basketbol turniri keçirilmişdir.

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 oktyabr 2022-ci il tarixində 269 №-li tam orta məktəbin basketbol meydançasında “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş 3×3 basketbol turniri keçirilmişdir.
      Basketbol turnirinin nəticəsinə əsasən 1-ci yeri 269 №-li tam orta məktəbin komandası, 2-ci yeri 17 №-li tam orta məktəbin komandası, 3-cü yeri 27 №-li tam orta məktəbin komandası tutmuşdur.
       Turnirin sonunda qalib komandalar mükafatlandırılmışlar.