Kamandan oxatma üzrə Bakı birinciliyi keçirilib
2004-2007, 20o8 və ondan kiçik təvəllüdlü oğlanlar və qızlar arasında kamandan oxatma üzrə Bakı şəhər birinciliyi baş tutub. Yarış Hövsan Olimpiya İdman Kompleksində reallaşıb və 29 idmançı qalib gəlmək üçün mübarizə aparıb.
Nəticələrə görə Fatimə Hüseynli, Zahid Kazımzadə, Kseniya Butrik, Məhəmməd Balakişiyev yarışın qalibi adını qazanıblar. Banuxatun Məmmədova, Amiran Morozeviç, Fatimə Nəbiyeva, İslam İsmayılov II, Sevin Qəhrəmanzadə, Anar Cavadzadə, Zöhrə Nəbiyeva, Ömər Əsədullayev III yerə layiq görülüblər.
Qalib idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medalar təqdim edilmişdir.