Zəfər Gününə həsr olunmuş mini futbol turniri keçirilib

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xətai rayonunda yerləşən “Gənclik” parkındakı mini futbol meydançasında 8 noyabr – “Zəfər Günü”nə həsr olunmuş mini futbol turniri keçirilmişdir.
Turnirin nəticəsinə görə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin “Zəfər” komandası I yeri, Azərbaycan Dənizçilik Kollecinin “Zəngilan” komandası II yeri, Azərbaycan Dənizçilik Kollecinin “Ağdam” komandası III yeri tutmuşdur.
Turnirin sonunda qalib komandalar mükafatlandırılmışlar.