Zəfər Gününə həsr olunmuş voleybol turniri keçirildi
2007-2009-cu il təvəllüdlü voleybolçu oğlanlar arasında keçirilən “Zəfər günü”nə həsr olunmuş voleybol turnirinə yekun vurulub. Turnir 90 nömrəli tam orta məktəbin idman zalında reallaşıb və 10 komanda qalib gəlmək üçün mübarizə aparıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşlərdən sonra 72 nömrəli tam orta məktəbin komandası turnirin qalibi adını qazanıb. 90 nömrəli tam orta məktənin komandası II, 169 nömrəli tam orta məktəbin komandası isə III yeri tutublar.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunşu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medal və diplomlar təqdim olunub.