Mühafizə alayının əsgər və çavuşları arasında yarış təşkil edilmişdir
“8 noyabr – Zəfər günü” ilə əlaqədar kəndirlə mübarizə idman növü üzrə Alayın əsgər və çavuşları arasında yarış təşkil edilmişdir.
Əsgər və çavuşların asudə vaxtlarının səmərəli keçirilməsi, fiziki inkişafın təşkil edilməsi və Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən 8 noyabr tarixi Zəfər Gününün qeyd olunması məqsədilə təşkil olunan yarış şəxsi heyət arasında böyük maraqla qarşılanmışdır.
Yarışmada Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Penitensiar xidmətin və Mühafizə alayının əməkdaşları ilə yanaşı 44 günlük Vətən müharibəsinin qaziləri də iştirak etmişdir.
Yarış qaliblərin mükafatlandırılması və incəsənət xadimlərinin konsert proqramları ilə yekunlaşdırılmışdır.