Balaca idmançılarımızın böyük uğuru
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunan Azərbaycanın iki taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində çempion olub. 27 kq çəki dərəcəsindəSabir Məmmədli, 30 kq çəki dərəcəsindəNazim Məmmədov bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxıblar.