4 saylı qadın cəzaçəkmə müəssisəsində “İdman həyatdır” şüarı altında badminton turniri keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Badminton Federasiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinnin birgə təşkilatçılığı ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində “İdman həyatdır” şüarı altında badminton turniri keçirilib.
Qeyd edək ki, daha öncə Penitensiar Xidmətin 2, 7 və 17 saylı cəzaçəkmə müəssisələrində “İdman Həyatdır” adlı airbadminton turniri keçirilib.
Turnirdə I, II və III yerin qaliblərinə diplomlar, cəzaçəkmə müəssisəsində məhkumların mütəmadi olaraq badminton idman növü ilə məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr təqdim edilib.