Şahmat üzrə Bakı şəhər komanda birinciliyi başa çatmışdır.

  Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1 №-li İOEUGŞDİM-də şahmat üzrə Bakı şəhər komanda birinciliyi keçirilmişdir. Yarışda RİOEUGŞM-ni, HRŞDK-nu, 2 №-li UGŞİM-ni, 3 №-li UGŞİM-ni və Ağdam rayon UGŞİM-ni təmsil edən 12 komanda tərkibində 58 nəfər (onlardan 9 nəfəri qızlardır) idmançı iştirak etmişdir. Bağlanış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov respublika Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda Şahmatın İnkişaf Etdirilməsi Dövlət Proqrammı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişdir. Yarışın nəticələrinə görə I yeri T.İsmayılov adına UGYS-nın, II yeri 3 №-li UGŞİM-nin, III yeri 1 №-li İOEUGŞDİM-nin komandaları tutmuşlar. Sonda qalib komandaların üzvləri, lövhələr üzrə birinci yerləri tutmuş idmançılar, həmçinin qalib komandaların məşqçiləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir