Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Bu gün Arif Hüseynzadə adına 20 nomrəli məktəb-liseyin müəllim və şagird heyəti üçün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya təşkil edilib.
Məktəblilər əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar. Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.
Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş fotoşəkillər, Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri işlədiyi dövrdə iş otağındakı əşyalar məktəblilərdə zəngin təəssürat yaratmışdır.