Fudokan karate-do idman növü üzrə “Şuşa ili”nə həsr edilmiş açıq Bakı turniri keçirilib
10 dekabr 2022-ci il tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən, Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə 250 fudokançı öz qüvvəsini sınayıb.
Qaliblər 6 yaş qrupu olmaqla, (6-7, 8-9, 10-11, 12-13, 14-15, 16-17) 20 çəki dərəcəsində müəyyən olunub.
Turnirin açılış mərasimində çıxış edən Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzu edib və bu cür turnirlərin xüsusi əhəmiyyətini vurğulayıb.
Xüsusilə qeyd edək ki, valideyn himayəsindən məhrum olunmuş, Nur uşaq evinin sakinləri Nərmin Məmmədova (qızıl), İsmayıl Həsənov (qızıl), Saleh Rəsulov (gümüş medal) qazanlblar. Onların şəxsi məşqçiləri Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadədir.
Şəhid ailələri, qazilər açıq turnirdə fəxri qonaq kimi yer alaraq qalibləri mükafatlandırılıblar.