U-18 yeniyetmələrin Bakı şəhər birinciliyində ilk günün qalibləri məlum oldu

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Cüdo Federasiyasının  birgə təşkilatçılığı ilə U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyi keçirilir.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda paytaxtın 56 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 671 (626 oğlan, 45 qız) cüdoçu medallar uğrunda mübarizə aparır.

U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyinin ilk günün nəticələri bəlli olub. 13 dekabrda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində 5 çəki dərəcəsində 215 cüdoçu arasında qaliblər müəyyənləşib.
Qaliblərin siyahısını təqdim edirik:
Oğlanlar
-46 kq.
1. Səid İsayev
2. Tahir Əlizadə
3. Rüstəm Qasımzadə
3. Ülvi Cəfərov
-60 kq.
1. Məhəmməd Musayev
2. Nicat Süleymanlı
3. Nihat Quliyev
3. Xanəhməd Şərifov
-81 kq.
1. Hüseyn Hüseynov
2. Əli Qazıməmmədov
3. Nihad Əhmədov
3. Kənan Quliyev
Qızlar
-48 kq.
1. Vüsalə Hacıyeva
2. Nuranə Hacızadə
3. Aliyə İsmayılova
-63 kq.
1. Mələk Bayramlı
2. Zəhra Əliyeva
3. Nərmin Eyvazova
3. Məryəm Mehdiyeva
İdmançılarımızı təbrik edirik!