Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş intellektual yarış keçirilib
Dekabrın 12 – də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “Xəzər İntellektual Gənclər Klubu”nun birgə təşkilatçılığı ilə “12 dekabr -Ümummilli lider Heydər Əliyevin anım gününə” həsr edilmiş “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib. İntellektual yarışda 20-dən artıq komandanın heyətində 120 nəfərdən artıq gənc iştirak edib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.
Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, “ATB ” komandası qalib olub. “ 1 Nəfər + ?” komandası ikinci, “Creative Nom” komandası üçüncü yerə layiq görülüb.
Yarışın qalibləri BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.