U-18 yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə yekun vuruldu
U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyi başa çatıb. 13-15 dekabr tarixlərində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışa 56 klub, cəmiyyət və idman təşkilatından 613 (41 qız, 572 oğlan) cüdoçu qatılıb.
3 gün davam edən yarışda 18 yaşadək yeniyetmələr arasında 16 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Birinciliyin sonuncu yarış günü oğlanlar arasında -55 kq., -73 kq. və +90 kq. çəki dərəcələrində, qızlar arasında isə -44 kq. və -57 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışların son nəticəsinə görə, Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ümumi komanda hesabında, qızlar və oğlanlar arasında medal saylarına görə 1-ci yerə layiq görülüb. Cüdo Klub 2012 ümumi komanda hesabında 2-ci yeri, qızlar və oğlanlar arasında medal saylarına görə isə 3-cü yeri tutub. Respublika Kompleks İdman Məktəbi isə ümumi komanda hesabında 3-cü yerdə, qızların nəticələrinə görə 2-ci yerdə qərarlaşıb. Yarışda 21 komanda müxtəlif əyarlı medal qazanıb.
Yarışın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə namizədlərin seçilməsidir.
Qaliblərin siyahısını təqdim edirik:
Oğlanlar
-46 kq.
1. Səid İsayev
2. Tahir Əlizadə
3. Rüstəm Qasımzadə
3. Ülvi Cəfərov
-50 kq.
1. Telman Abdullayev
2. Səid Seyidov
3. Əhməd Rüstəmov
3. Simran Mahmudlu
-55 kq.
1. Zamin Alıyev
2. Asim Zeynalov
3. Nihad Rəhimov
3. Ayxan Mirzəzadə
-60 kq.
1. Məhəmməd Musayev
2. Nicat Süleymanlı
3. Nihat Quliyev
3. Xanəhməd Şərifov
-66 kq.
1. Mehdi Cəfərov
2. Cəsur İbadlı
3. Emil Hüseynzadə
3. Səlim Sultanov
-73 kq.
1. Əbil Yusubov
2. Məmməd Əzizbəyov
3. Şamil Sadıqov
3. Mehdi Abbasov
-81 kq.
1. Hüseyn Hüseynov
2. Əli Qazıməmmədov
3. Nihad Əhmədov
3. Kənan Quliyev
-90 kq.
1. Tuncay Şamil
2. Sübhan Axundov
3. Murad Hüsenyquliyev
3. Davud Namazlı
+90 kq.
1. Ramazan Əhmədov
2. Ceyhun Dadaşov
3. Eldar Əliyev
3. Əliyar Bayramlı
Qızlar
-40 kq.
1. Dərya Bıkova
2. Xədicə Abdullayeva
3. Mədinə Atayeva
-44 kq.
1. Aytac Yolçuzadə
2. Sədaqət Baxşiyeva
3. Nərgiz Əhmədova
-48 kq.
1. Vüsalə Hacıyeva
2. Nuranə Hacızadə
3. Aliyə İsmayılova
-52 kq.
1. Fəridə Mirzəyeva
2. Aysun Məmmədova
3. Zəhra Xalidzadə
3. Nilgün Rzayeva
-57 kq.
1. Röya Cəfərova
2. Ayan Əliyeva
3. Zəhra Hüseynzadə
3. Aliyə Rüstəmova
-63 kq.
1. Mələk Bayramlı
2. Zəhra Əliyeva
3. Nərmin Eyvazova
3. Məryəm Mehdiyeva
-70 kq.
1. Zeynəbxanım Əsədova
2. Lalə Yusifova
3. Umacahan Qasımova
İdmançılarımızı təbrik edirik!