Azərbaycan Dillər Universitetində tələbələrlə görüş keçirilmişdir.
Azərbaycan Dillər Universitetində tələbələr və müəllim heyyəti ilə görüş keçirilmişdir. Görüşdə Azərbaysan Dillər Universitetinin rektoru Səməd Seyidov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov dövlətimizin təhsilə, gəncliyə xüsusi qayğısından və universitetin fəaliyyəti, gördüyü işlər barəsində ümumi məlumat vermişdr. Sonra Gəncər və idman Nazirinin müavini İntiqam Babayev və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərimizin cəmiyyətin həyatında, bütün sahələırdə fəallıq göstərdiklərini, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanların ardıcıl və müntəzəm xarakter daşıdığını vurğulamışdılar. Sonda tələbələr yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.