Qılıncoynatma üzrə Bakı birinciliyi başa çatıb
Azərbaycan Texniki Universitetinin idman sarayında yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə keçirilən Bakı şəhər birinciliyi başa çatmışdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 90 idmançı mübarizə aparmışdır.
Yeniyetmələr arasında oğlanların yarışında sablya üzrə Abbas Hüseynov, şpaqa üzrə Orxan Həsənli birinci yerləri tutmuşlar. Qızlar arasında yarışlarda isə birinci yerlərə Züleyxa Sultanlı, Xədicə Həsənli layiq görülmüşlər.
Gənclər arasında isə yarışlarda sablya üzrə Ayxan Xasıyev, şpaqa üzrə Fuad Qurbanov, qızlar arasında Fərəh Abbasova, Xədicə Həsənli birinci yerin qalibi olmuşlar.
Qaliblərə BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.