Şagirdlər arasında şahmat üzrə turnir keçirilib
“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdləri arasında şahmat turnirinə yekun urulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan turnir olimpiya sistemi üzrə keçirilib.
Yarışda 40 zəka sahibi qüvvəsini sınayıb. Oğlanlar arasında Sənan Abbaslı I, Sahil Mürşüdlü II, İlkay Mustafazaə isə III yerin qalibi olublar. Qızlar arasında isə Arzu Quliyeva I, Məlahət Yusifli II, Mədinə Mustafayeva III yeri tutublar.
Yarışın bağlanış mərasimində Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, yarışın baş hakimi Səməndər Allahverdiyev, baş katibi gimnaziyanın fiziki tərbiyə müəllimi Gülarə Əhmədova qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.