“BAKU WINTER CUP-2022” mini su polosu üzrə turnir keçirilib

Su İdman Sarayında “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik  Günü”nə həsr olunmuş “BAKU  WINTER CUP –  2022” mini su polosu üzrə turnirə yekun vurulub. Yarış Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qarabağ Vaterpol Klubunun birgə təşkilatşılığı ilə keçirilib.

Turnirdə “Qarabağ” VK, RYİUM, “145 qrup”, “SKA”, “GROW qrup”, “Partnyor qrup”komandalarının  idmançıları öz güclərini sınayıblar.

Yekun nəticələrə görə I yeri “SKA” komandası, II yeri “145 qrup” komandası, III yeri isə “RYİUM” komandası tutub.  Komandalara Baş İdarə tərəfindən  kubok, medal və diplomlar təqdim olunub.