Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnir keçirilmişdir

Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Təbib” idman klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tələbələr arasında stolüstü tennis idman növü üzrə qadınlar və kişilər arasında turnir keçirilmişdir.
Açılış mərasimində “Təbib” idman klubunun sədri Qələndər Aslanov, Nəsimi rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Tağıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Cəlil Əlizadə bütün iştirakçıları qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Dairəvi sistem üzrə keçirilən turnirin sonunda qaliblər müəyyənləşib. Qadınlar arasında Vəfa Əliyeva I yer, Səna Balkan II yer, Aynur Quliyeva III yerə, kişilər arasında Abdullətif Çağın I yer, Sezer Güngördü IIyer, Barış Kaplan III yerə layiq görülüblər.
Turnirin sonunda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif olunublar.