Hərbi hissədə görüş keçirildi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə mədəni-kütləvi tədbir keçirilmişdir. “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramına həsr olunmuş tədbirdə şəxsi heyət qarşısında çıxışlar edilərək, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzuladılar. Xidmətdə fərqlənən əsgərlərə Baş İdarənin fəxri fərmanları və hədiyyələr təqdim edildi.
Daha sonra tədbir gənc müğənnilərin iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdirildi.