Atletika üzrə Bakı şəhər Qış çempionatı başa çatmışdır

Respublika Olimpiya Mərkəzində atletika üzrə keçirilən Bakı şəhər  Qış çempionatı başa çatmışdır. Çempionatda müxtəlif klubları təmsil edən 110 idmançı mübarizə aparmışdır.

Yarışda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də yadro itələmə yarışlarında qüvvələrini sınayıblar.

Kişilər arasında yarışda Elmir Cəbrayılov, Nazim Babayev, Heydər Yaqubov, Əli Abdiyev, İsmayıl Əliyev, Orxan Aslanov, Səid Məmmədov, Elman Abışov, Aleksey Əliəkbərov, Nikita Nejtyakov birinci yerləri tutmuşlar. Qadınların mübarizəsində isə Aysel Mehralıyeva, Səkinə Hacızadə, İlahə Quliyeva, Anna Yusupova, Lamiyə Vəliyeva, Ləman İsfəndiyarova və Fəxriyyə Tağızadə qalib olmuşlar.

Qaliblərə müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.