
Atletika üzrə Bakı şəhər Qış birinciliyi başa çatmışdır
Respublika Olimpiya Mərkəzində atletika üzrə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında keçirilən Bakı şəhər Qış birinciliyi başa çatmışdır. Birincilikdə müxtəlif klubları təmsil edən 110 idmançı mübarizə aparmışdır.
Yarışda atletlər 60, 200, 400, 800, 1500 metr məsafələrə qaçış, 4×200 metr məsafədə estafet qaçışı, uzunluğa, üçtəkanla tullanma, eləcə də yadro itələmə yarışlarında qüvvələrini sınayıblar.
Oğlanlar arasında yarışda Həmid Nəbiyev, Nihat Tağıyev, Cavid Hüseynov, Abdulla Əliyev, Əmir İsmayılov, Furqan Bünyatov birinci yerləri tutmuşlar. Qızların mübarizəsində isə Fidan Osmanlı, Nərmin Hüseynli, Nila Heydərova, Mələk Hüseynova qalib olmuşlar. 4×200 metr məsafədə estafet qaçışında oğlanlarlar arasında komanda hesabında Təhsil-5, qızlar arasında isə Rekord-1 komandası I yerə çıxmışdır.
Qaliblərə müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.