Kamandan oxatma üzrə paytaxt birinciliyi keçirilib
2004-2008, 2009 və ondan kiçik təvəllüdlü oğlanlar və qızlar arasında kamandan oxatma üzrə Bakı şəhər birinciliyi baş tutub. Yarış Hövsan Olimpiya İdman Kompleksində reallaşıb və 30 idmançı qalib gəlmək üçün mübarizə aparıb.
Nəticələrə görə Fatimə Hüseynli, Zahid Kazımzadə, Suməyya Bədəlli, Ömər Abdullayev yarışın qalibi adını qazanıblar. Kseniya Butrik, Anar Cavadzadə, Lalə Almasova, Nicat Nəbiyev II, Banuxatun Məmmədova, Amiran Morozoeviç, Mədinə Abdullayeva, Hüseyn Məhərrəmov III yerə layiq görülüblər.
Qalib idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medalar təqdim edilmişdir.