“2 fevral –  Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə “2 fevral –  Gənclər Günü”nə həsr olunmuş Gənclər Həftəsində növbəti gənc yazar Elvin Arifoğlu ilə gənclərin görüşü, eyni zamanda rayonun fəal gənclərinin əl işlərindən sərgisi və təltifetmə mərasimi təşkil olunmuşdur.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mətanət Zeynalova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəis müvini Elşən Atakişizadə, canlı işıqfor Xalid Musayev, əməkdaşlar və rayon gəncləri iştirak etmişdir.
Tədbiri açıq elan edən Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova qonaqları salamlamış , “2 Fevral Azərbaycan Gəncləri Günü” münasibətilə gəncləri təbrik etmiş ,onlara ürək sözlərini çatdırmış və xoş arzular diləmiş. Daha sonra qonaqlar çıxış edərək  gənclərə öz tövsiyyələrini vermişlər.
Tədbirin davamında gənc tətqiqatçı yazar Elvin Arifoğlu öz həyat hekayəsini bölüşmüş , ehtiyatsızlıq nəticəsində həbs həyatı keçirən Elvin uğura gedən yolunu məhs həbs həyatından keçdiyini və həbsdə olarkən “Sükutla danışanlar” romanını yazmasından danışdı.Oda öz növbəsində gənclərə məsləhət və tövsiyyəsini vermişdir.Bir növ gənclər üçün motivasiya xarakterli keçən görüş ,sual cavabla davam etmişdir.
Sonda fəal gənclər mükafatlandırılmış ,xatirə şəkilləri çəkilmişdir. Gənc yazarın imzası ilə kitabları tədbir iştirakçılarına hədiyyə olunmuşdur.