Güllə atıcılığı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı çempionatı keçirilib.  Yarışda 73 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Nəticələrə görə qadınlar arasında PT-3 hərəkəti üzrə I yerə Jalə Bayramova (DİN RSAİM),  PTÇ-3 hərəkəti üzrə I yerə  Xanna Əliyeva (RSAİM),   kişilər arasında PT-3 hərəkəti üzrə I yerə Üzeyir Tapdıqlı (RSAİM),  PTÇ-3 hərəkəti üzrə I yerə Ruslan  Lunyev (DİN RSAİM) layiq görülüblər.

Pnevmatik tüfəngdən atəşaçma yarışlarında  Jalə Bayramova və Üzeyir Tapdıqlı, pnevmatik tapançadan atəşaçma yarışlarında isə Ruslan Lunyev və Zeynəb Sultanova  birinci yeri tutublar.

I, II və III yeri tutmuş idmançılar diplom və medallarla təltif olunub.