Xocalı Soyqırımı faciəsi ilə bağlı elektron aksiya keçirilib

Bu gün Bakı Biznes Universitetində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Yasamal rayon Gənclər və İdman İdarəsi və Bakı Bİznes Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş   gənclərin iştirakı ilı toplanti və Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçirildi.

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Bakı Biznes Universitetinin təlim tərbiyə işləri üzrə prorektoru Cavidan Heydərov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, müəllim və tələbələr iştirak etmişlər.

Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqrımına həsr edilmiş vidoçarx nümayiş edilib.

Tədbirdə çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulamışlar. Odur ki, belə faciələrin bir daha təkrarlanmaması naminə dünya birliyi erməni faşizmi kimi qorxulu meyllərin meydana çıxmasına yol verməməli, Xocalı soyqırımını rəsmən tanımalı, cinayətkarların məsuliyyətə cəlb edilməsinə nail olmalıdır.

Sonra tədbir iştirakşıları mətnlər, fotoşəkillər və slaydlar şəklində beynəlxalq təşkilatlara,  xarici parlamentlərin poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndəriblər.