“Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti” mövzusunda gənclərlə görüş keçirilmişdir

 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti” mövzusunda gənclərlə görüş keçirilmişdir.
Görüşdə Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak etmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev çıxış edərək “Heydər Əliyevin müasir müstəqil Azərbaycanın xilaskarı və qurucusu olduğunun, gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasının əhəmiyyətini bildirdilər. Bu gün tam əminliklə demək olar ki, Ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyin qorunmasına əvəzsiz töhfələr vermiş Ümummilli lider Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin öyrənilməsidir. Bundan başqa, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin və təhlükəsizliyinin qorunması və gücləndirilməsi işində Heydər Əliyev ideallarının gənc nəsil tərəfindən mənimsənilməsidir.” Əməliyyat müvəkkilindən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək, leytenant rütbəsindən generaladək yüksəlmiş Heydər Əliyevin bu orqanlardakı fəaliyyətini yalnız peşəkar kimi xarakterizə etmək doğru olmazdı. Heydər Əliyev qətiyyəti və cəsarəti sayəsində respublikanın təhlükəsizlik orqanında tədricən milliləşdirmə siyasətini həyata keçirib, gələcək azad Azərbaycan üçün bacarıqlı kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi, savadlı, peşəkar milli kadrlar irəli çəkildi, təhlükəsizlik xidməti milləti təhlükələrdən qoruyan, xalqın yetişməkdə olan milli-mədəni elitasını himayə edən bir orqan oldu.
Sonra qonaqlar gəncləri maraqlandıran sualları cavablandırdılar. Sonda xatirə şəkli çəkdirildi.